Biləsuvarda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.

Regioninfo-nun məlumatına görə, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.

Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

Paylaş:
Yuxarı