Sertifikatlaşdırma imtahanında 57 bal toplamış müəllim “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb

Sertifikatlaşdırma imtahanında 57 bal toplamış müəllim “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb.

Regioninfo xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsini uğurla başa vurmuş Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Hüseynov Nicat Əmənulla oğlu ilə görüşüb. Görüş zamanı finala vəsiqə qazanmış müəllimimizi bu münasibətlə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat müəllim təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 57 bal toplayıb.

Nicat müəllimi ürəkdən təbrik edir və qarşıdakı mərhələdə müvəffəqiyyətlər arzu edirik!

Paylaş:
Yuxarı