Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi məktəblərdə Qarabağ Universitetinin təbliğat görüşü keçirilib

İyulun 11-də Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul, Neftçala rayonları üzrə ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında yüksək bal toplayan məzunları və onların valideynləri iştirak edib.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova və Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev Qarabağ Universiteti haqqında ətraflı məlumat verərək tələbə qəbulu aparılan ixtisaslar, universitetdə tətbiq olunacaq xüsusi güzəştlər, yerli və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat veriblər.
Sonda, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirdə adı çəkilən rayonlar üzrə 650 nəfər abituriyent iştirak edib.
Paylaş:
Yuxarı