Biləsuvar rayonunda 2-10 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb.
Regioninfo-nun məlumatına görə, bu tipli imtahan Biləsuvar rayonunun özündə ilk dəfə olaraq keçirilib.
Belə ki, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.
Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutub.