Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var – FOTO – VİDEO

Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Regioninfo xəbər verir ki, hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı