Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri sertifikasiya imtahanlarının təşkil olunacağı mərkəzlərdə olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli sertifikasiya imtahanlarının təşkil olunacağı mərkəzlərdə olmuş və sertifikasiyaya hazırlıq prosesi ilə yaxından tanış olmuşdur.
Eyni zamanda imtahan nəzarətçiləri ilə görüşmüş, onlara müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikasiya imtahanları Şirvan şəhəri üzrə 4, Biləsuvar və Salyan rayonları üzrə 1 mərkəzdə təşkil ediləcəkdir.
Sertifikasiya imtahanında iştirak edəcək bütün təhsilverənlərə uğurlar arzulayırıq.
Paylaş:
Yuxarı