Konstruksiya dəyişikliyinə görə saxlanılan avtomobilin sürücüsünün narkotikin təsiri altında olduğu məlum olub

Konstruksiya dəyişikliyinə görə saxlanılan avtomobilin sürücüsünün narkotikin təsiri altında olduğu məlum olub.

Mirəli Hüseynov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsində işıq sistemi nasaz olduğu və konstruksiya dəyişikliyi edildiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı M. Hüseynovun narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib. Barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Paylaş:
Yuxarı