Tovuzda avtomobil çaya düşüb, üç nəfər batıb

Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib.

Digərlərinin axtarışı davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı