“ECOVELOFEST”də Şirvan-Salyan Regional Təhsil İdarəsini 11 müəllim təmsil edib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Bank Respublika və “Bookzone” kitab evinin dəstəyi ilə Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ECOVELOFEST” keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən verilən məlumata görə, yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviq edilməsi məqsədilə keçirilən “ECOVELOFEST”də 200-dək qadın təhsil işçisi iştirak edib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdən isə 11 qadın təhsil işçisi həmin tədbirə qatılıb.

Gəncə şəhər Heydər Əliyev Park Kompleksi ərazisindən başlayan Veloyürüşdə iştirakçılar 3 kilometr məsafəni qət etməli olublar.

Yarışın yekununda “Art Velo”, “FunClub”, “Yaşıl dünya naminə “Velo sərgi”, “Əyləncəli velo” və “LEGO”, Velo-təlim və “Velo Steam” guşələri ilə zəngin festival təşkil edilib.

“ECOVELOFEST” qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.

Paylaş:
Yuxarı