Şirvan məktəbliləri ALPLogo-2024 proqramlaşdırma olimpiadasının qalibi olub

Şirvan məktəbliləri ALPLogo-2024 proqramlaşdırma olimpiadasının qalibi olub.

May ayında keçirilən ALPLogo-2024 proqramlaşdırma olimpiadasının nəticələri elan olunub. Nəticələrə əsasən, Şirvan şəhər S.Hüseynov adına şəhər 1 nömrəli məktəbin şagirdləri Xəlil Xudayev, Cavidan Xəlilzadə, Nicat Məmmədli II yerə, Leyla Əlizadə, Abbas Pirquliyev III yerə, Şirvan şəhəri Kimya-biologiya təmayüllü liseyin şagirdi Nigar Ələkbərli IV yerə layiq görülüb.
Şagirdlərimizi, onların nailiyyətində əməyi olan müəllimlərimizi təbrik edir və davamlı uğurlar arzu edirik.
Paylaş:
Yuxarı