Praktiki gecə təlimi Fövqalada Hallar Nazirinin təsdiq edilən müvafiq əmrinə əsasən keçirilib.
Regioninfo-nun verdiyi xəbərə görə FHN – nin Cənub Regional Mərkəzin ərazisində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib. Şərti olaraq, bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə xilas edilib, təxliyyəsi həyata keçirilib. Xilasetmədən sonra vətəndaşla psixoloji söhbət aparılıb və ilkin tibbi yardım göstərilib. Təlimin sonunda mərkəzin əməliyyat növbətçisi tərəfindən Mərkəz rəisinə yekun məruzə edilib və rəhbərlik tərəfindən təlimin ümumi təhlili aparılıb. Təlimin gedişində aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.
Xilasedicilər təlimin gedişində yol verilən nöqsanlar barədə qeydlər aparıb, onların aradan qaldırılması istiqamətində rəhbərlik tərəfindən göstərişlər alıblar.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd, Xilasetmə hissəsində şəxsi heyətin döyüş və peşə hazırlığının aparılması, müxtəlif ekstrimal şəraitlərdə davranışlarının təkminləşdirilməsi və fövqalada halların yaranma ehtimalı olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsindən ibarət olub.