Biləsuvarda arpa biçini başlayıb

Biləsuvar rayonunda arpa biçini start götürüb.

Regioninfo-nun məlumatına görə, 39 min 290 hektar taxıl əkininin 9 min 974 hektarını buğda, 24 min 321 hektarını arpa sahələri təşkil edir.

Hazırda təsərrüfatlarda arpa biçini yüksək sürətlə davam etdirilir. Rayon ərazisində biçin kampaniyasının mütəşəkkil qaydada aparılmasından ötrü 40-dan artıq taxıl biçən kombayn sahələrə cəlb olunub.

Artıq biçinlə yanaşı, arpa məhsulunun satışına da başlanılıb. Fermerlərin sözlərinə görə, ötən il kiloqramı 30 qəpiyə satılan məhsul, bu il 20 qəpiyə qədər ucuzlaşıb.

Paylaş:
Yuxarı