Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Neftçala rayonunda vətəndaş qəbulu keçirəcək

Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Neftçala rayonunda vətəndaş qəbulu keçirəcək.
29 may saat 14:00-da Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayonunda qeydiyyatda olan vətəndaşlar qəbul ediləcək. 27.05.2024-cü il saat 18:00 tarixinədək vətəndaş qəbulu keçidindən istifadə etməklə və ya qaynar xətt nömrəsinə (146-0-9) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Paylaş:
Yuxarı