Astarada nəzarətsiz qalan 8 aylıq körpə manejdən yıxılaraq ölüb

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Regioninfo-nun verdiyi məlumata görə gecə saat 23:55 radələrində Astara rayonun Pensər kənd sakini 2023 – cü il təvəllüdlü İ.H Lənkəran rayon mərkəzi xəstəxanasına daxil olub. Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə manejdə oynayarkən yıxılıb və xəsarət alıb. Qohumları körpəni dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Xəstəxanadan APA – ya bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı