VI siniflərdə monitorinq keçirilib

Mayın 19-da ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilir.
Monitorinqdə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7099 şagird iştirak edir.
Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılır.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
18-19 may tarixlərində baş tutan monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.
Paylaş: