İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – FOTO – VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılovla İmişli rayonunun Şahverdili kəndində keçirilən vida mərasimi başa çatıb.

Regioninfo-nun məlumatına görə, şəhidin nəşi Şahverdili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Paylaş:
Yuxarı