Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 2 məktəbli “Ən yaxşı təqdimat”ın qaliblərindən olub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 2 məktəbli “Ən yaxşı təqdimat”ın qaliblərindən olub.
Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin final (respublika) mərhələsi başa çatıb. Final mərhələsinin qaliblərindən 2-si Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisəsinin şagirdləridir.
Müsabiqə qalibləri:
Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Paşazadə Şəbnəm Aftandil qızı.
Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Eyubova Xədicə Eyub qızı.
Şagirdləri təbrik edir, uğurlar arzulayırıq.
Paylaş:
Yuxarı