Naxçıvanda göldə boğularaq ölən gənclər Astarada dəfn olunub – FOTO

Bədbəxt hadisə nəticəsində ölən gənclər dəfn edilib.

Regioninfo-nun verdiyi məlumata görə Fəttah Zəkariyayev və Əli Mehrəliyev dəfn olunmaq üçün doğulduqları Astara rayon Pensər kəndinə gətiriliblər. Ailəsi ilə vida mərasimindən sonra gənclərin cansız bədənləri Pensər kənd qəbiristanlığına gətirilərək torpağa tapşırılıb.

Hər iki gənc babalarının yanında dəfn olunub.

Paylaş:
Yuxarı