Şirvan məktəblisi İqtisadiyyat müsabiqəsində uğur qazanıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xüsusi dəstəyi ilə ölkəmizin bütün iqtisadi regionlarını əhatə edən İqtisadiyyat müsabiqəsinin regional mərhələsi keçirilmişdir.
Regional mərhələdə uğur qazanan şagirdimiz Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam orta məktəbin şagirdi Zəhra Mehralızadəni təbrik edirik. Növbəti milli tur mərhələsində uğurlar arzulayırıq.
Qeyd edək ki, İqtisadiyyat müsabiqəsinin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə savadlılığına marağı artırmaq və iqtisadi təhsili təşviq etməkdir.
Paylaş: