Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb – FOTO – VİDEO

Kəlbəcər rayonu Qamışlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənin kimliyi məlum olub.

Regioninfo-nun məlumatına görə, “Volvo” markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.

Paylaş:
Yuxarı