Hacıqabulda Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbdə Hacıqabul şəhər təhsil sektoru tərəfindən təşkil edilmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecədə iştirak edib.
İdarə müdiri tədbirdən öncə Hacıqabul şəhər 5 nomrəli tam orta məktəbdə “Rəqəmsal bacarıqlar”, ” Peşə təmayüllü siniflər”, və ” STEAM” layihələrinin tədris prosesi ilə tanış olub.
Həmçinin ” Yaşıl dünya naminə həmrəylik ili” və Məhəmməd Füzulinin yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirib.
Paylaş: