““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsi üzrə yekun qiymətləndirmə keçirilib və layihənin bağlanış mərasimi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““ELSA speak” ilə ingilis dilini ana dili kimi anlamağa və danışmağa başla!” layihəsi çərçivəsində yekun qiymətləndirmə keçirilib. Qiymətləndirmə nəticələrinə uyğun olaraq 3 şagird qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Həmçinin layihənin bağlanış mərasimi keçirilib.
Mərasim Salyan rayonu A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində baş tutub.
Tədbirdə layihə rəhbəri, layihənin komanda üzvləri, müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “ELSA speak” mobil proqramını istifadə edərək ingilis dili üzrə kurs təşkil etməklə şagirdlərin ingilis dilini ana dili kimi anlaması və danışması üçün imkanların yaradılmasına dəstək olmaqdan ibarət olub.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla başa çatdığını qeyd ediblər.
Paylaş: