Biləsuvarda qadın qətlə yetirilib, həyat yoldaşı tutulub, cinayət işi açılıb – YENİLƏNİB

Biləsuvarda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanıb.

Regioninfo xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, sözügedən rayonda 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

16:08

Biləsuvar rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə regioninfoya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil . Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

Paylaş: