Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların sayı 2-yə çatıb.
“Report”un Muğan bürosu xəbər verir ki, hadisə zamanı Kürdəmir rayon sakini, 1999-cu il təvəllüdlü Əlövsət Abdullayevin də xəsarət aldığı məlum olub.
Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxsin durumu açıqlanıb.
“Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1950-ci il təvəllüdlü (qadın cinsli) şəxs döş qəfəsinin küt travması diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə həkiməqədər ölüm halı qeydə alınıb.
Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
BDYPİ mətbuat xidmətindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
“Hyundai Getz” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan “Mercedes” markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində “Mercedes” avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.
Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.