Biləsuvar rayonuna prokuror təyin edilib.
Regioninfo xəbər verir ki, Baş Prokurorun müvafiq əmri ilə bu vəzifəyə ədliyyə müşaviri Ramin Nəğdəliyev təyinat alıb. O, daha öncə Binəqədi Rayon Prokurorunun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokuroru olan Camal Bağırov isə Balakən Rayonunun Prokuroru təyin olunub.