““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin icrası davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin icrası davam etdirilir.
İcra planına uyğun olaraq layihə çərçivəsində əməkdaşlıq edilən Azərbaycan Skautlar Assosiasiyasının fəal skautları ilə birgə məktəblərdə dəstə görüşləri təşkil olunub. Dəstə görüşlərinin məqsədi təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaqdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qeyri-formal təhsil formasından – skaut metodlarından istifadə etməklə Neftçala rayonunun 3 məktəbində təhsilalanların liderlik bacarıqlarının inkişaf etidirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaq və bu istiqamət üzrə kadrların təlimləndirilməsinə nail olmaqdır.
Paylaş: