Biləsuvar sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

Regioninfo-nun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü şəxs piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: