“Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin icrası davam edir

Salyan rayonunda “Respublika fənn olimpiadalarına hazırlıq” layihəsinin icrası davam edir.
İcra planına uyğun olaraq, istedadlı şagirdlərin seçimi həyata keçirilib. Seçim test müsabiqəsi aparılaraq icra olunub.
Daha sonra respublika fənn olimpiadalarına hazırlıqlar təşkil olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd müəllimlərin birlikdə əməkdaşlığı nəticəsində 4 fənn (fizika, kimya, biologiya və riyaziyyat) üzrə 80 nəfər 9 və 10-cu sinif şagirdinin respublika fənn olimpiadalarına hazırlaşdırılması üçün mərkəzin yaradılmasıdır.
Paylaş: