Biləsuvar rayonunda çovğunla müşahidə olunan güclü qar yağıb.
Regioninfo-nun məlumatına görə, ötən gün günorta saatlarından yağmağa başlayan qar hələ də davam edir. Hazırda qarın hündürlüyü bəzi ərazilərdə 30 sm-ə çatır.
Rayon sakinlərinin sözlərinə görə, son 10 ildə belə bir güclü qar müşahidə etməyiblər. Rayon ərazisində əksər yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda rayon ərazisində qar yağır və havanın temperaturu mənfi 3 dərəcəyə düşüb.