Fransada yaşayan azərbaycanlılar Evian şəhərində etiraz aksiyası keçirib – YENİLƏNİB

Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb.

“Report”un Fransa bürosu xəbər verir ki, onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

15:55

Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.

“Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evyan le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediyasının diqqətinə çatdırır.

Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.

Etiraz aksiyasina Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.

Əraziyə təhkükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.

Paylaş:
Yuxarı