“Kodlaşdırmada ilk addımlar” layihəsinin təlimlərinə start verilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Kodlaşdırmada ilk addımlar” layihəsinin təlimləri keçirilir.
Təlimlər Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə icra olunur.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd təhsilalanları müxtəlif kodlaşdırma proqramları ilə bağlı təlim kursuna cəlb etməklə onlara bu istiqamətdə bilik və bacarıqların düzgün və effektiv öyrədilməsinə nail olmaqdır.
Paylaş:
Yuxarı