“Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsi çərçivəsində seminar və təlimlər keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Məktəb Ailə İcma Birliyinin köməyilə məktəblərdə psixo-sosial durumunun yaxşılaşdırılması” layihəsi çərçivəsində seminar və təlimlər keçirilib.
Seminarda iştirak edən valideynlərə müxtəlif mövzulardan danışılıb. Daha sonra seçilmiş valideynlər üçün təlimlər təşkil olunub.
Layihənin icrasına uyğun olaraq növbəti mərhələdə məktəb ailə icma birlikləri yaradılacaqdır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdir.
Paylaş:
Yuxarı