Biləsuvarda bu ay 343 uşaq qızılcaya qarşı peyvənd olunub.
Regioninfo xəbər verir ki, dekabrın 1-dən etibarən qızılca xəstəliyinə qarşı rayon ərazisində peyvəndləşmə işləri aparılır.
Belə ki, dekabrın 1-5-i tarixlərində ümumilikdə 343 uşaq (1 və 6 yaşlı) peyvənd olunub. Peyvəndləşmə prosesi rayon ərazisində davam etdirilir.
Biləsuvarda hələlik qızılcaya yoluxma hadisəsi qeydə alınmayıb.