Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil verib

Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər davam edtirilir.

Paylaş:
Yuxarı