“Smart English:İnteraktiv İngilis dili dərsləri” qrant layihəsi çərçivəsində Astara şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Duolinqo Gecəsi” təşkil olundu.
Gecədə, layihədə iştirak etmiş 20 şagird tərəfindən müxtəlif səhnəciklər, oyunlar, musiqi nömrələri, şeir, rəqs və digər performanslar təqdim olunub.
Xatırladaq ki, “Smart English: İnteraktiv İngilis dili dərsləri” qrant layihəsi Babək Rzazadə tərəfindən Astara şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir.
Layihənin əsas məqsədi şagirdlərdə İngilis dili bacarıqlarını inkişaf etdirmək və onları buraxılış imtahanına daha yaxşı hazırlaşmaqlarına dəstək olmaqdır.
