Şəmkirdə qəzada xəsarət alan 11 nəfər evə buraxılıb – YENİLƏNİB-3

Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanlardan 11 nəfəri evə buraxılıblar.

Regioninfo xəbər verir ki, Şəmkir Mərkəzi Rayon Xəstəxanasında müalicə alan 12 zərərçəkənlərdən 11 nəfərinə tibbi yardım göstərilib vəziyyətləri normal olduqdan sonra onlar evə buraxılıblar.

Daha bir nəfərin xəsarəti ağır qiymətləndirilir və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bu barədə Regioninfonun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.

Regioninfo xəbər verir ki, rayonun Keçili kəndi ərazisində “Mercedes” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

Regioninfo xəbər verir ki,  hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı