“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq, 20 nəfər həvəsli 7-8-ci sinif şagirdi seçilib. 3 aylıq 48 saatlıq proqram hazırlanıb. Onların yaşına uyğun proqram hazırlanıb. Hazırda 3 ay həftədə 2 dəfə hər dəfə 2 saat olmaqla dərsdən kənar fəaliyyətlər təşkil edilir.
Bu fəaliyyətlər zamanı şagirdlərin fiziki və psixoloji inkişafı ön plana çəkiləcəkdir.
Layihə voleybol akademiyasının qurulması ilə şagirdlərdə özünə inam, stresslə mübarizə, komanda ruhu, əzələ inkişafı, sosial bacarıqlar kimi amillərin inkişaf etdirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, layihə Hacıqabul rayon İ.Həsənov adına tam orta məktəbdə Bahadur İsmayılov tərəfindən icra olunur.