Biləsuvarın Bəydili kəndində “Heydər Əliyev adına park” salınıb

Biləsuvar rayon İcra Hakimiyyətinin və Bəydili bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Biləsuvar rayonunun Bəydili kəndində ulu öndər Heydər Əliyevin xatirəsinə “Heydər Əliyev adına park” salınıb.

Regioninfo-nun məlumatına görə, 1 hektar ərazidə salınan parkda rayonun Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları tərəfindən əvvəlcə hasarların çəkilməsi, torpaq hissəsinin hamarlanması, ərazinin təmizlənməsi işləri aparılıb, arxlar çəkilib.

Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri parkda 152 ədəd kiparis və 400 ədəd xan çinarı ağacları əkərək suvarıblar.

Paylaş:
Yuxarı