Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Gülnar Nəcəfovanın rəhbəri olduğu Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin 28.11.2024 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, layihənin eksperti Samir Salayev, digər ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdləri, valideynlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib .
Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinin direktoru Aynur Məmmədova giriş sözü ilə açıq elan edərək gələn qonaqları salamlayıb. Məktəbin son illərdə qazandığı uğurlardan danışaraq təqdim olunan video materiala diqqət yönəldib. Layihə rəhbəri Gülnar Nəcəfovanın məktəbdə uğurlu fəaliyyəti haqda və layihənin aktuallığı haqda fikirlərini ifadə edib. Layihənin işinə uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov öz çıxışı zamanı Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinin son illərdə qazandığı təhsil uğurlarına toxunaraq Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsində qalib olmasını yüksək qiymətləndirib.Bu uğuru məktəbin innovativ ideyalarla fəaliyyət göstərməsinin növbəti təzahürü hesab edib. Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin sosial məzmuna malik olmasını sosial rifah halı aşağı olan ailələrə Dövlətimizin daha bir dəstəyi kimi hesab etdiyini vurğulayıb. Layihə rəhbərini və məktəbin pedaqoji kollektivini də bu uğur münasibətilə təbrik edib.
Lənkəran rayonu üzrə sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə öz çıxışında məktəb kollektivini bu uğur münasibətilə təbrik edib. Layihə mövzusunun aktuallığına diqqət çəkərək təlim nəticəsinin artırılmasında layihənin önəmli rol oynayacağına əminliyini ifadə edib. Tədbirdə iştirak edən Qarabağ müharibəsi qazisinə diqqət yönəldərək dövlətimizin bugünkü inkişafında, Qarabağın işğaldan azad olunmasında şəhidlərimizin və qazilərimizin misilsiz fəaliyyətlərini bir daha təqdir edib. Layihənin işinə uğurlar diləyib.
Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin rəhbəri , məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Nəcəfova öz çıxışında innovativ ideyaların həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Layihə idayasının formalaşması haqda və layihənin aktuallığı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, əvvəlki illərdə də maddi təminatı zəif ailələrə könüllü yardımlarla müəyyən dəstəklər olunub, lakin bu layihə daha çox şagirdi əhatə edəcəkdir. Belə ki, layihə icra planına uyğun olaraq 32 nəfər məktəbli çanta, ayaqqabı və məktəbli forması ilə təmin olunacaqdır.
Açılış tədbirinin davamında layihənin eskerti, Elm Tədris Akademiyasının rəhbəri, təhsil layihələri üzrə mütəxəssis Samir Salayev çıxış edərək layihənin tədbirlər planı haqda məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alan sosial rifah halı çox aşağı olan ailələrdən 32 nəfər şagirdin seçimi həyata keçiriləcək. Bu seçimlər üçün məktəb daxilində sinif rəhbərlərinin və məktəb psixoloqonun iştirakı ilə könüllü araşdırma komissiyası yaradılıb. Bu komissiyanın müzakirələri əsasında həqiqi ehtiyaclı 32 nəfər məktəbli seçiləcəkdir. Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi çərçivəsində həmin məktəblilərin valideynləri ilə fərdi görüşlər təşkil olunaraq onların iş qabiliyyətlərini müəyyən etmək üçün işlər həyata keçiriləndən sonra Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə əməkdaşlıq qurulacaq, valideynlərin işlə təmin olunması üçün təlim-seminar təşkil olunacaqdır. Layihənin yüksək səviyyədə icrası prosesində layihə rəhbərinə uğurlar diləyib.
Tədbirin davamında çıxış edən Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşı, Karyera məsləhətçisi Rəşid Rzazadə Azərbaycan Dövlətinin vətəndaşlar üçün həyata keçirdiyi çoxsaylı sosial və məşğulluq proqramları haqqında danışıb. Bu layihənin həmin istiqamətlərdə aparılan uğurlu işlərin davamı kimi yüksək qiymətləndirib. Layihənin işinə həmişə dəstək olacaqlarını vurğulayıb.
Açılış tədbirində çıxış edən digər natiqlər də çıxışlarında layihə rəhbərinin qazandığı uğurları yüksək qeyd edərək Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin məktəblilərin həyatında mühüm rol oynayacağına əminliklərini ifadə ediblər. Layihə idarəetmə prosesinin çox məsuliyyətli olmasını qeyd edərək bu məsuliyyətli işlərin yüksək səviyyədə idarə olunmasında layihə rəhbərinə uğurlar diləyiblər.
Açılış tədbirinin gedişatı boyunca məktəbin şagirdlərinin ifasında gözəl milli rəqslər və vətənpərvər şeirlər təqdim olunub ki, bu da həm qonaqların marağına səbəb olub, həm də tədbirin rəngarəngliyini daha da artırıb.
Qeyd edək ki, Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi 01.10.2024-01.03.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin məqsədi maddi rifah halı aşağı olan şagird ailələrinə sosial dəstək göstərməklə məktəblilərin dərslərə davamlı qoşulmasını təmin etməkdən və onların təlim nəticələrinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir.
Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək”
layihəsinin mətbuat xidməti