Cəlilabadda bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə 2024-cü ilin yanvar-sentyabr aylarında 16 sənaye müəssisəsi və seçməyə düşmüş 42 fərdi sahibkar fəaliyyət göstərmişdir. Hesabat dövründə sənaye mallarının istehsalı və xidmətlərin göstərilməsi 61125,2 min manat təşkil etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çox olmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında sənaye sahəsində istehsal və xidmətin ümumi həcmində məhsul istehsalının payı 50992,2 min manat və ya 83,4 faiz, xidmətlərin payı isə 10133,0 min manat və ya 16,6 faiz olmuşdur.
Tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) hesabat dövründə 22258,9 min manat təşkil etmiş və 2023-cü ilin eyni dövrünə nisbətən 65,2 faiz çox olmuşdur. Ümumi işin 4448,6 min manatını tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 13859,9 min manatını əsaslı təmir, 3369,3 min manatını cari təmir, 581,1 min manatını isə sair işlər təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri üzrə işin həcmi 1828,5 min manat olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90,3 faiz çox olmuşdur.
Hesabat dövründə telefon aparatlarının sayı 12231 ədəd olmuşdur.