Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin rəhbərliyi ilə Biləsuvar rayon ümumi təhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri ilə IV sinif monitorinq nəticələrinin müzakirəsinə dair görüş keçirilib.
Regioninfo xəbər verir ki, görüşün əsas məqsədi IV siniflərdə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə aparılmış monitorinqlərin nəticələrini təhlil etmək, tədrisin vəziyyətini qiymətləndirmək, baş verən irəliləmələr və geriləmələrin səbəblərini araşdırmaq olub. Eyni zamanda, növbəti tədris ilində tədrisin keyfiyyətini yüksəltmək və mövcud problemləri aradan qaldırmaq üçün planlaşdırılan tədbirlər müzakirə edilib.
İdarə müdiri müəllimlərə tədris prosesinin effektivliyini artırmaq məqsədilə konkret tapşırıq və tövsiyələr verib.