Lənkəran şəhərində 23 iyul tarixində əmək yarmarkası keçiriləcək.
“Report”un Muğan bürosunun məlumatına görə, yarmarka Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.