Şirvan-Salyan Regional Təhsil İdarəsi Maliyyə- iqtisadiyyat sektorunun Salyan rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığında mühasib vəzifəsi üzrə vakansiya elan edib.
İdarədən regioninfo-ya verilən məlumata görə, vakansiyaya iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müvafiq proqram əsasında xüsusi hazırlıq və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı, Microsoft Excel, Microsoft Word proqramları və 1C əməliyyat sistemində sərbəst işləmək bacarığı olan, aktiv, çevik, məsuliyyətli, tələbkar və obyektiv olan şəxslər müraciət edə bilərlər.
Əlavə edək ki, işə qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə iştirak etmək istəyən şəxslər 10 iyul tarixindən 16 iyul tarixinə kimi təsdiqedici sənədləri təqdim etməklə Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət edə bilər.
Vakansiya ilə bağlı yaranacaq suallar ilə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektoruna müraciət edə bilərsiniz.
(Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfCbHZqNYiKQwygnRUIA26gvipgdY0-9P09p9K7tas7-cXszQ/viewform)