Bu mövsüm Biləsuvar rayonunda şəkər çuğunduru sahələri iki dəfədən çox artırılıb.
Bu barədə regioninfo-ya Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu il 445 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Ötən il bu rəqəm 198 hektara bərabər olub ki, bu da illik müqayisədə 2,25 dəfə çoxdur.
Şəkər çuğundurunun məhsuldarlığı isə ötən il hektara 265,9 sentner olub.
Fermerlərin sözlərinə görə, şəkər çuğunduruna ildən-ilə marağın yaranmasına səbəb Biləsuvar rayonunda bu məhsulun iqlim şəraitində yüksək məhsuldarlıq verə bilməsidir.