Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda konfrans keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı təbdirlər çərçivəsində 8 noyabr Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ -də konfrans keçirilib.

Regioninfo xəbər verir ki, konfransı giriş sözü ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ- in direktoru Elnur Azadxanov açaraq son 200 illik Azərbaycan tarixində ən şanlı günlərin yaşandığını və son 30 il ərzində hər gün həsrətlə gözlədiyimiz doğma Qarabağımızın düşmən tapdağından azad edilməsindən bəhs etdi. Xalqımızın gücünə inanaraq Ali Baş Komandan İlham Əliyev cənablarının yüksək, operativ, qətiyyətli rəhbərliyi ilə 2020 ci ildə cəmi 44 gün davam edən 2 ci Qarabağ savaşını həm siyasi meydanda, həm də hərb meydanında Böyük Qələbə ilə başa vurmasını Azərbaycan tarixinin ən şərəfli səhifəsi olduğunu vurğulayan Elnur Azadxanov, Ulu Öndər Heydər Əliyevin, hələ müstəqilliyimizin ilk illərindən torpaqlarımızın işğaldan azadlığı yolunun cığırlarını açdığını, dünyanın ikili siyasət yürütdüyü böyük dövlətlərinin qarşısında barışmaz mövqeyini ortaya qoyduğunu və nəyin bahasına olursa olsun bu torpaqların geri qaytarılacağını, Qarabağ torpaqların əzəli Azərbaycan torpaqları olduğunu bütün dünyaya car çəkərək hər kəsin göz önünə necə qoyduğundan danışdı. Bu həm də bir müdrik, ürəyi Bütöv Azərbaycan eşqi ilə döyünən, ömrünün qalan hissəsini öz doğma xalqına bağışlayan bir Atanın Oğluna Vəsiyyəti idi və bu Şanlı Qələbə həm də Ali Baş Komandan, Ataya layiqli Oğul İlham Əliyev Cənablarının Vətəninə, Millətinə layiqli Rəhbər və Atasına layiqli bir Oğul olduğunun sübutu oldu. ATA vəsiyyəti yerinə yetirildi!

Konfransın Bədii hissəsində 44 Günlük Zəfər Tariximizə həsr olunmuş qısametrajlı bədii publisistik film izləndi.

Paylaş:
Yuxarı