Lənkəranda qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb

Lənkəranda qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb.

Regioninfo xəbər verir ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 3195 manat pulun naməlum şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramin Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan oğurluq edib.

Araşdırma aparılır.

Paylaş:
Yuxarı