Astara Rayon Polis Şöbəsinin əməkdaşları Vətən torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin anım günündə onun məzarını ziyarət ediblər.
Şəhidin məzarı önünən əklil qoyan polis əməkdaşları onun əziz xatirəsini yad edib, ailəsinin qayğıları ilə maraqlanıblar.
Şəhid hərbi qulluqçunun Vətən müharibəsindəki döyüş yolunun, igidlik və qəhrəmanlıqlarının gənc nəsillər üçün daim örnək olacağı qeyd olunub.
O.Babayevin valideynləri göstərilən diqqətə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.