Lənkəranda dənizdə boğulma hadisəsi baş verib.
Regioninfo-nun verdiyi məlumata görə Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazidə dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs ətrafdakıların köməyi ilə sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır və şəxsin kimliyi dəqiqləşdirilir.