Cəlilabadda yaşayış evlərindən oğurluqlar edən keçmiş məhkum saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Göytəpə qəsəbəsində yerləşən evlərdən birindən 1000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Bayramov saxlanılıb.
Əlavə araşdırmalarla onun Göytəpə qəsəbəsi ərazisində yerəşən daha iki evdən də oğurluq etdiyi müəyyən edilib.
Hazırda araşdırmalar aparılır.