Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Regioninfo-nun məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Nuriyev Vahid Sübhan oğlu ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.
Yaxınlarının sözlərinə görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra şoka düşüb və ölüb.
Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib.
“Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib”, – xəstəxanadan bildirilib.
Qeyd edək ki, mərhum iki uşaq atasıdır.
Faktla bağlı araşdırma aparılır.